Əməkdar müəllimdən Prezidentin sərəncamına reaksiya: "Bu, böyük sevgi və ruh yüksəkliyi yaradıb"

img

20-06-2019 [15:17]


Səxavət Tağlar,
Əməkdar müəllim

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi növbəti sərəncamlar cəmiyyətdə böyük sevgi yaratdı. İnsanlar məmnunluq hissi ilə dövlət başçısına minnətdarlıq edirlər. 

Minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması, 2 milyon vətəndaşı əhatə edən 40 faiz maaş artımı, digər sosialyönümlü addımlar və bunların davmlılığı ölkə başçısı İlham Əliyevin verdiyi sözə əməl etməsi, eyni zamanda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafıdır.

Prezidentin uğurlu sosial siyasəti bütün zümrənin insanları kimi Azərbaycan müəllimində də böyük sevgi və ruh yüksəkliyi yaratmışdır. Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun mətbuatda ölkə başçısına yönəlmiş minnətdarlığı çoxsaylı Azərbaycan müəllimlərinin iradəsi və razılığı idi. Beş ildən artıqdır ki, ölkədə təhsilin inkişafı üzrə Dövlət Strategiyası uğurla həyata keçirilir. Təhsilin bütün sferaları üzrə inkişaf və yeniləşmə təmin olunub. 

Hazırda 142 mindən çox müəllim bilik və bacarıqlarının dioqnostik qiymətləndirilməsi üzrə bir neçə dəfə artırılmış əməkhaqqı artımı ilə işləmiş və nə gözəl ki, sosial paketə uyğun olaraq  bu əməkhaqları yenidən 20 faiz artırılmışdır.

 Azərbaycan ailəsinin iqtisadi vəziyyəti yaxşılaşdıqca ailələrdən məktəbə gələn uşaqların sağlamlığı və maddi rifah halı da yaxşılaşır.Təbii ki, bunlar da təlim-tərbiyə prosesində öz önəmini göstərəcəkdir. Həm öyrədənin, həm öyrənənin iqtisadi qüdrəti şəxsiyyətyönümlü təhsil üçün stimul olacaqdır.Təhsil cəmiyyətin tərkib hissəsidir, onun inkişafı da cəmiyyətin durumu və düşüncə tərzi ilə bağlıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR