Rusiyadan Azərbaycana gələn avtomobildə qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı

img

20-06-2019 [14:26]


Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Mia.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin kabinasında ön oturacaqların altında, kabinanın arxasında yanğın söndürmə balonu üçün nəzərdə tutulan yerdə, avtomobilin qoşqusunun arxa hissəsindəki hidravlik nasosun üst hissəsində gömrük nəzarətindən gizlədilən, ümulilikdə 19800 ədəd "Parliament Heets Yellow" və "Amber", "Purple Label" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR