Qadını silahla hədələyən şəxs tutuldu

img

20-06-2019 [13:56]


Ağsu sakinindən sənədsiz tüfəng götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətnindən Mia.az-a verilən məlumata görə, iyunun 19-da Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Ağabəyli kənd sakini olan qadın həmkəndlisi R.Yolçuyevin onu tüfənglə öldürəcəyi ilə hədələdiyini bildirib.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən R.Yolçuyevin evinə baxış keçirilib, bu zaman müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR