Səfir Bakıda yol qəzasına düşüb

img

20-06-2019 [10:47]


Serbiyanın Azərbaycandakı səfiri yol qəzasına düşüb.

"Report” xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu ərazisində Serbiyanın Azərbaycandakı səfirliyinə məxsus Kamal Cəfərovun idarə etdiyi "Skoda” markalı avtomobil işıqforda qarşıda dayanan Rusiya vətəndaşı İslam Paşayevə məxsus "Toyota” markalı avtomobilə çırpılıb.

Hadisə zamanı səfirliyin müvəqqəti işlər vəkili xanım Daniça Veynoviç avtomobildə olub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR