Ərdoğan kəfən geyindiyini açıqladı: "Ey İstanbul, siz bunlara Osmanlı şapalağı vurmağa hazırsınızmı?"

img

19-06-2019 [17:18]


"Əgər İstanbuldakı seçkilərdə millətin iradəısi ortada olarsa, başımız üstə. Yox, əgər İstanbul seçkilərindən istifadə edərək, Türkiyəni güncə sıxışdırmaq niyyəti olarsa, buna imkan vermərik".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Ərdoğan bu gün İstanbulda tərəfdarları qarşısında çıxışında deyib.

Ərdoğan bir neçə gün əvvəl məhkəmə zalında qəfil vəfat edən Misirin sabiq prezidenti Mursini xatırladıb.

O deyib ki, Mursi devriləndə, müxalif CHP ona xoşagəlməz mesajlar verib: "Mursi devrilib, həbs ediləndə, bu CHP "Ərdoğanın da aqibəti belə olacaq" deyirdi. Bunların düşüncəsi budur. Lakin biz heç kimdən qorxmuruq. Biz kəfənimzi geyinib, bu yola çıxdıq. İndi mən sizdən soruşuram: bazar günü Sisimi (Misirin hazırkı prezidenti), yoxsa Binəli Yıldırımmı deyəcəyik?

Ey İstanbul, siz Türkiyəni güncə sıxışdırmaq istəyənləri seçki qutularına gömməyə, onlara bir Osmanlı şapalağı vurmağa hazırsınızmı?".

Xatırladaq ki, bu bazar İstanbul şəhər bələdiyyəsinin sədrliyinə təkrar seçki keçiriləcək.

Seçkidə əsas yarışın 31 martda olduğu kimi, bu dəfə də CHP-nin namizədi Əkrəm İmamoğlu ilə AKP-li Binəli Yıldırım arasında gedəcəyinə şübhə yoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR