Avropa Liqası: "Səbail"in növbəti rəqibi müəyyənləşdi

19-06-2019 [16:45]
"Səbail"in UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Mia.az xəbəır verir ki, "Səbail" I mərhələdə Rumıniyanın "Krayova" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə, "Honved" (Budapeşt, Macarıstan) - "Jalgiris" (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq. Potensial rəqiblə ilk görüş səfərdə olacaq.  

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin oyunları 11 - 18 iyulda, II təsnifat mərhələsi isə 25 iyul - 1 avqustda keçiriləcək.


SON XƏBƏRLƏR