Eldar İsmayıl Türkiyədə mükafatlandırıldı - Tədbir + FOTO

img

19-06-2019 [15:58]


Bu günlərdə Avrasiya Senet Kültür Edebiyat ve Bilim Federasyonunun (ASKEF) İstanbublda geniş toplantısı keçirilib. 

Mia.az xəbər verir ki, toplantıda 17 türkdilli ölkənin tanınmış ədəbiyyat və elm adamları iştirak edib. Bu mötəbər tədbirə  Azərbaycandan da bir qrup tanınmış şair və yazarlar  qatılaraq toplantının əhəmiyyəti ilə bağlı fikirlərini bildirib, yazdıqları şeirlərdən maraqlı nümunələr səsləndiriblər.   

Ədəbiyyatımızın tanınmış simalarından Eldar İsmayıl Böyüktürk toplantıda çıxış edərək, müasir Azərbaycan ədəbiyyatı və poeziyasının bu günkü vəziyyətindən, ortaq türk ədəbiyyatının yaradılmasının zəruriliyindən, ayrı-ayrı türkdilli ölkələrində yaranan ədəbiyyat nümunələrinin ortaq türk dəbiyyatının yardılması istiqamətində müsbət təsirindən və. s məsələlərdən söhbət açıb.

 İki gün davam edən toplantı olduqca maraqalı keçib. 

İştirakçılardan yalnız Eldar İsmayıl Böyüktürk ASKEF-in təsis etdiyi "Türk dünyası yaşayan kültür degeri” mükafatına layiq görülüb. 

Törən zamanı Federasiyanın başqanı Savaş Ünal adıçəkilən mükafatı şairə təqdim edərək onun haqqında xoş sözlərini söyləyib.
  
Qeyd edək ki, bu, şair-yazarın qardaş Türkiyədən aldığı ilk mükafat deyil. O,  2007-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında xidmətlərinə görə "Türk ədəbiyyatına xidmət” mükafatı ilə də mükafatlandırılıb.       

Şairin genişprofilli yaradıcılığı Türkiyədə fəaliyyət göstərən nüfuzlu universitetlərin də diqqətindən yayınmayıb. Belə ki, 2000-ci ildən indiyədək Ərzurum Universitetində onun seçilmiş şeirləri Anadolu türkcəsinə çevrilərək dərslik kimi tələbələrə tədris olunur.    

Eldar İsmayıl Böyüktürk bundan başqa bir sıra nüfuzlu mükafatlara da layiq görülüb. O, 2011-ci ildə BMT-nin Təltiflər Şurasının Moskvadakı nümayəndəliyi tətəfindən "Şərəf” ordeni ilə mükafatlandırılıb. Onun vətənpərvərik ruhunda, məhəbbət mövzusunda yazdığı şeirləri,  o cümlədən tarixi romanları – "Səttaroğlu”, "Zülmətdə parlayan qılınc”, "Bir igidin ömrü”, "Göyçənin qisası qalır”  bu gün də oxucuları tərəfindən sevilə-sevilə oxunmaqdadır.



Digər xəbərlər
SON XƏBƏRLƏR