Mayk Pompeoya qarşı məhkəmə iddiası verilib

img

19-06-2019 [15:22]


ABŞ Administrasiyasının fəaliyyətini izləyən "Democracy Forward” və "American Oversight” təşkilatları Prezident Donald Trampın 2017-ci ildə Rusiya lideri Vladimir Putinlə görüşündən yazıları dövriyyədən çıxarmasına mane olmamasına görə dövlət katibi Mayk Pompeoya qarşı məhkəmə iddiası veriblər.

"Mia.Az” "American Oversight”ın saytına istinadən xəbər verir ki, Kolumbiya Dairə Federal Məhkəməsinə M.Pompeoya, Dövlət Departamentinə, Milli Arxivlər və Sənədlər İdarəsinə qarşı verilən iddiada qeyd olunur: "Pompeonun yazıları geri qaytarmaq və mühafizə etmək iqtidarında olmaması onun qurumu üzərinə görüşün yazıları çıxarılsa və ya məhv edilsə, Milli Arxivi xəbərdar etmək, bu yazıları geri qaytararaq icbari tədbirlər görməsi üçün baş prokurora məsələni bildirmək öhdəliyi qoyan federal hesabatlar qanununa ziddir”.

"Ola bilsin, bunlar iki dövlət başçısının görüşündən yeganə yazılı qeydlərdir, tərcüməçinin qeydləri təkcə Prezident Trampın bəlkə nəyisə ört-basdır etmək istədiyinə görə çıxardıla və ya məhv edilə bilməz. Prezident Tramp və dövlət katibi Pompeo bunu hər nə qədər bəyənməsə də, qanun tərcüməçi qeydlərinin geri qaytarılıb mühafizə olunmasını tələb edir”, – "American Oversight” icraçı direktoru Austin Evers bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR