Müəllimlərlə hərbçilərin maaşı və minimum əməkhaqqı qalxdı

img

18-06-2019 [19:35]


Prezident İlham Əliyev bu gün bir neçə sərəncam imzalayıb

Mia.az xəbər verir ki, sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

***

Prezidentdin digər sərəncamı hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında olub.

Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Bu Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

***

Prezidentin digər sərəncamı isə "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" olub.

Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR