Paşinyan istefaya göndərilən generalları geri qaytarır

img

18-06-2019 [14:06]


Ermənistanda 2016-cı il aprelin 26-da, yəni "aprel müharibəsi” kimi tanınan döyüş əməliyyatlarından az müddət sonra prezident Serj Sarqsyanın sərəncamı ilə vəzifəsindən azad edilmiş Müdafiə Nazirliyi Rabitə Qoşunları və Avtomatlaşdırılmış İdarəetmə Sistemləri İdarəsinin rəisi general-mayor Komitas Muradyan indi yenidən Müdafiə Nazirliyi sisteminə qaytarılıb.

"Report” bu barədə "Jamanak” nəşrinə istinadən xəbər verir ki, K.Muradyan aprel müharibəsindən sonra vəzifədən çıxarılmış, indiki hökumətin isə geri çağırdığı iki generaldan biridir.

"Onlardan birincisi Ermənistan Baş Qərargahı Kəşfiyyat İdarəsinin keçmiş rəisi general-mayor Arşak Karapetyan bu gün Nikol Paşinyanın müşaviri vəzifəsindədir. İndi də Komitas Muradyan. 2016-cı ilin aprel ayında biabırçılıqla qovulmuşlardan yalnız keçmiş müdafiə nazirinin müavini, Maddi Texniki Departamentin rəisi Alik Mirzəbekyan qalıb ki, onun da geri qaytarılması mümkün sayılır. Aprel hadisələri ilə bağlı istintaq komissiyasının yaradıldığı nəzərə alınsa, bu təyinatlar çox maraqlı görünür” – yazıda qeyd olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR