Nazir müavini Ucarda vətəndaşları qəbul edəcək

img

18-06-2019 [12:02]


Vergilər nazirinin I müavini Sahir Məmmədxanov iyunun 21-də Ucar rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: Heydər Əliyev prospekti, döngə 2) Ucar, Göyçay, Kürdəmir, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

Mia.az VN-ə istinadla xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar 18-20 iyun 2019-cu il tarixlərində Göyçay rayonunda 9 saylı Ərazi Vergilər İdarəsinə, habelə Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR