87 vəkil and içdi

img

18-06-2019 [11:40]


Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.

Mia.az xəbər verir ki, mərasimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, deputatlar, xarici ölkələlərin səfirliklərinin nümayəndələri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qeyd edək ki, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 87 vəkilliyə namizəd Ədliyyə Akademiyasında bir ayadək davam edən icbari təlimdə iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR