"Mənim üçün kim dua edər?" - Rəfael Dadaşov efirdə niyə ağladı? + VİDEO

17-06-2019 [19:11]
Xalq artisti Rəfael Dadaşov "Dalğa” TV-də yayımlanan "Gün ortası Zümrüdlə” proqramında qonaq olub.

Sənətçi valideynlərini yada salaraq, ağlayıb:

"Anam və atam üçün darıxıram. Anam öləndə dedim ki, dua edənim getdi. Mənim üçün kim dua edər? Heç kim. Sadəcə övladlarımdan sevinirəm. Vaxt gələcək onlar da mənim üçün darıxacaq. Valideynlərinizin qədrini bilin. Şərt o deyil ki, başında qədir ağacı əkəsiniz”.

Atasının ağladığını görə Səidə Dadaşova isə verilişdə səslənən mahnının dayandırılmasını, musiqinin atasını səhhətinə pis təsir etdiyini deyib.

Axşam.az


SON XƏBƏRLƏR