İranın uranla bağı yeni həmləsinə Pentaqondan qəribə reaksiya: "Ağ Ev-dən soruşun"

img

17-06-2019 [18:57]


ABŞ İranın nüvə sazişində nəzərdə tutulan uranın zəngilləşdirilmiş ehtiyyatının 300 kq həddini aşacağı haqda bugünkü bəyanatını cavabsız buraxıb.

Mia.az xəbər verir ki, İranın dünyaya meydan oxuyan bu bəyanatı ilə bağlı Pentaqona (Müdafiə Nazirliyi) sual ünvanlanıb. 

Lakin Pentaqondan "Bu sualı Ağ Ev-ə verin" cavabı verilib.

Ağ EV-dən isə sual cavabsız buraxılıb.

Qeyd edilib ki, bu gün Ağ EV-də Yəməınlə bağlı dinıələmələr olacaq: "Mümkündür ki, orada İrann uranın zəngilləşdirilməsi ilə bağlı yeniu həmləsnə toxunulsun".

Xatırladaq ki, İranın nüvə proqramına dair 2015-ci ildə imzalanmış Hərtərəfli Əhatəli Fəaliyyət Planına görə rəsmi Tehran təmizlənmiş uranın 300 kiloqram həddindən artıq həcmini xarici ölkələrə satmalıdır.

Ötən il ABŞ hökuməti İranı həmin sənədin şərtlərini pozmaqla nüvə silahlarına dair çalışmalara davam etməkdə qınayaraq razılaşmanı tərk etdiklərini açıqlamışdı. Bundan bir qədər sonra İran tərəfi də sözügedən sənədin bəzi müddəaları çərçivəsində öhdəliklərinin icrasını dayandırdıqlarını açıqlamışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR