ATV İlkin Xəlilovla bağlı açıqlama yaydı: "Hər hansı sərt cəza tədbiri..."

img

17-06-2019 [13:46]


Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti (ATV kanalı) idman departamentinin əməkdaşı İlkin Xəlilovun millilərin uduzması ilə bağlı hazırladığı süjetə görə işdən çıxarılacağı haqda yayılan xəbərlərə aydınlıq gətirib.

Mia.az xəbər verir ki, ATV-nin bununla bağlı yaydığı açıqlamada bildirilib ki, son günlərdə sosial şəbəkələrdə ATV telekanalının əməkdaşı İlkin Xəlilova tənqidi sujetinə görə guya təzyiqlərin göstərilməsi və işdən xaric edilməsi haqqında şaiələr yayılır: 

"Bildirirk ki, bu xəbərlərin heç bir əsası yoxdur və müəyyən qrupların özəl maraqlarına xidmət edən "qara piar"dan başqa bir şey deyil. Öz fəaliyyətində dövlətin və cəmiyyətin maraqlarını, jutnalistikanın təməl prinsiplərini rəhbər tutan ATV kanalı həmişə cəmiyyətimizdə mövcud olan plüralizmə, fərqli baxışa hörmətlə yanaşıb və öz işində daim bu prinsiplərə riayət edib. 

ATV telekanalı yayım siyasətinin qurulmasında və yaradıcılıq fəaliyyətində tam sərbəst və müstəqildir. Geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan və ən baxımlı telekanal kimi qəbul edilən ATV-nin televiziya və radio efirində mühüm ictimai-siyasi xəbər və təhlil proqramları, maarifləndirici və əyləncəli verilişlərlə yanaşı,  satira və tənqidi materiallar da yer alır.

 Dəfələrlə telekanalımızn efirində müxtəlif sahələrdə mövcu olan nöqsanlar tənqid edilib, onların aradan qaldırılması ilə bağlı təkliflər irəli sürülüb. Biz bunu ölkəmizdə söz və məlumat azadlığının yaratdığı imkanlar çərçivəsində cəmiyyətimizin inkişafına maneə yaradan problemlərin həllinə töhfəmizi vermək üçün imkan kimi qiymətləndirmişik. 

Buna görə də İlkin Xəlilovun məlum süjetinə normal yanaşdığımızı və hər hansı sərt cəza tədbiri görülmədiyini bildiririk. 

Bununla yanaşı, qeyd etməliyik ki, telekanalda müəllif və yaradıcı qrupların mövqeyinə hörmətlə yanaşıldığı kimi, onların jurnalistikanın prinsiplərinə riayət etməsi, telekanalın obyektiv, neytral və qərəzsiz yayım siyasətinə xələl yetirirlməməsi mühüm şərtlər sırasına daxildir".

Xatırladaq ki, İlkin Xəlilovun hazırladığı süjetə görə məhz AFFA-nın təkidi ilə telekanaldan uzaqlaşdırılmaq üzrə olduğu haqda xəbər yayılıb. Jurnalistiun özü də bu barədə açıqlama verərək, baş verənləri dolayısı ilə təsdiq edib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR