"Bir qadının arxasında gizlənib, küçə qadınlarına xas..." - Pənah Hüseyndən Surət Hüseynova sərt cavab

img

17-06-2019 [10:36]


Sabiq baş nazir Pənah Hüseyn keçmiş Baş nazir Surət Hüseynovun təhqirdolu  ittihamlarına sərt  cavab verib.

Mia.az Pənah Hüseynin S.Hüseynova cavabını təqdim edir:

"Bir neçə gün öncə mənə bir neçə KİV- dən sual unvanlanıb ki, Surət Hüseynovun adından (səsi ilə?) ittihamlar yayınlanlanıb, bunlara cavab verim və ya şərh verim. Demişəm ki, araşdırıb, lazım bilsəm, təzə bir şey varsa 15 iyundan sonra cavablandıraram. Ona qədər, öyrənəcəm ki, Könül Rafiqqızı imzası ilə dərc edilən materiallar Surət Hüseynovu bağlayırmı? Və Surət Hüseynöv təsdiqləyirmi ki, bu materaillar onun bilgisi və ya razılığı ilə yayılır, yoxsa özfəaliyyətdir. Bir necə saata buna cavab olacaq və cavaba adekvat reaksiya da olacaq."

P.Hüseyn sonra həmin "səsin" Qurban Məmmədova məxsus olan "Azefredoom" da da səsləndirildiyini bildirib: "Mənə məlumat verdilər ki, Surət Hüseynovdan birbaşa nə təsdiq, nə də təkzib gəlməyib. Güya o Yaponiyadadır. Ancaq onun köməkçisi qismində tanınan şəxs bildirib ki, həqiqətən bu yaxınlarda Surət Hüseynovla özünü jurnalist kimi təqdim edən biri ilə yayılmaq üçün nəzərdə tutulmayan söhbəti olub. Bu məncə elə dolayısı təsdiqdir.

Mən o "səsi" dinlədim. Əvvala, mən bir qadının arxasında gizlənib (material Könül Rafiqqızı imzasıilə yayılıb) küçə qadınlarına xas söyüşlər söyən birisinə baş qoşub cavab verməyi nə özümə, nə digər dostlara, ümumiyyətlə özünü tanıyan heç kişiyə yaraşdırmaram. 

O ki qaldı onun güya "Təhlükəsizlik Şurasında" ermənilərlə gizli atəşkəs müqaviləsi barədə müzakirələr haqqında axmaqlamağına, o cür düşük, səviyəsiz şərləmələrə də elə axmaq adamlar inanar. Qələt eləyir, başın daşa döyür".

S. Hüseynovun da səs yazısını təqdim edirik:

Digər xəbərlər
SON XƏBƏRLƏR