Əcnəbi turistlərin pulunu oğurlayan şəxs tutuldu

15-06-2019 [16:58]
Əcnəbi turistlərin kirayədə yaşadıqları mənzildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 11-də iki nəfər əcnəbi turistin kirayədə yaşadıqları mənzildən 3000 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qasımova saxlanılıb.


SON XƏBƏRLƏR