Akşener Elçibəyin xanımının vəfatı ilə bağlı başsağlığı mesajı yaydı: “Türk dünyasının birləşməsi və..."

15-06-2019 [11:27]
İYİ Partiyanın sədri Meral Akşener Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı ilə bağlı başsağlığı mesajı yayıb.

Mia.az xəbər verir ki, Akşener sosial meda hesabından yaydığı mesajda Həlimə xanımın vəfatından dərindən kədərləndiyini bildirib:

"Türk dünyasının birləşməsi və qardaşlığı üçün ömrü boyu mübarizə aparmış, rəhmətlik böyüyüm Əbülfəz Elçibəyin dəyərli həyat yoldaşı Həlimə xanımı ititrməyin ölçüyəgəlməz kədərini yaşayıram.

Rəbbim məkanını cənnət eyləsin”.

Mia.az


SON XƏBƏRLƏR