Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı rayonda 7 yeni məktəb tikiləcək

14-06-2019 [17:45]
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda bu il 7 yeni məktəb binasının inşası, 21 məktəbdə isə təmir-bərpa işləri planlaşdırılır.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, Marneulinin icra başçısı Zaur Darğallı, sakrebulo sədri Amiran Giorqadze və Marneuli Təhsil Ehtiyat Mərkəzinin rəhbəri Kənan Ömərov məktəblərdəki vəziyyətlə tanış olublar.

Bildirilib ki, yeni məktəblər Candar, Sabirkənd, Tsopi, Şulaver, Qasımlı, Xuldərə, Kirovka və Kürdlər kəndlərində tikiləcək. 


SON XƏBƏRLƏR