Yevlaxda mikroavtobusla maşın toqquşub - 4 nəfər yaralanıb

14-06-2019 [14:19]

Yevlax rayonunda yol qəzası baş verib. 

Hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı sərnişin mikroavtobusu ilə minik avtomobili ilə toqquşub.

Nəticədə Bərdə rayon sakinlərti 1961-ci il təvəllüdlü İftixar Zeynalov, 1956-cı il təvəllüdlü Qabil Abbasov, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Etibar Ağayevvə Bakı şəhər sakini Fidan Qarayeva xəsarət alıblar.

Onlardan birinin vəziyyətinin kafi, digərlərinin isə qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, mikroavtobus Ağdamdan Bakıya sərnişin aparırmış.

Faktla bağlı araşdırma aparılır/Report.



SON XƏBƏRLƏR