Xarici ali təhsil ixtisaslarının tanınması iki ay müddətinə dayandırılır - Səbəb

img

13-06-2019 [16:52]


Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

Mia.az Təhsil Nazirliyinə istinadla bildirir ki, buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

Müraciətlərə baxılması sentyabrın 1-dən etibarən növbəlilik prinsipi əsasında davam etdiriləcək.

Qeyd edilən müddət ərzində istisna hal olaraq yalnız hərbi xidmətdə olacaq şəxslər sənədlərinə fasiləsiz olaraq baxılması üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR