“Heç kəs Türkiyəyə ultimatum verə bilməz" - Mövlud Çavuşoğlundan ABŞ-a mesaj

13-06-2019 [16:19]
"Heç kəs Türkiyəyə ultimatum verə bilməz". 

Mia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Rusiyadan alınan "S-400” raketləri Türkiyəyə gətiriləcək: "Türkiyə verdiyi qərardan heç vaxt imtina etmir. ABŞ buna görə Türkiyəyə təzyiq edir. Lakin bu yollarla Türkiyəni geri addım atmağa məcbur etmək mümkün deyil".


SON XƏBƏRLƏR