Mikayıl Cabbarovdan xəbərdarlıq: "Nazirlik pozuntulara qarşı mövqeyini sərtləşdirəcək"

img

13-06-2019 [15:36]


"Hesab edirəm ki, Azərbaycanda aparılan bir sıra islahatların nəticələri müsbətdir. Bu xüsusən də vergi yoxlamaların və vergi yükünü azaldılmasında özünü göstərir".

Mia.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes-forumunda çıxış edən Azərbaycan Vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir deyiub ki, vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq: "Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini biz dəstəkləmirik. İyunun 1-nə olan məlumata görə, son 5 ay ərzində qeyri-neft sektorunun özəl bölməsində 66 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb. İlin əvvəlində isə bu rəqəm 96 min olub. Bu isə 70%-dən çox artım deməkdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR