Deputatdan MM-də etiraz: "Məhkəmələrimizə alverxana, kommersant deyirlər"

13-06-2019 [13:43]

"Yeni yaradılacaq məhkəmələrin "Kommersiya” adlandırılmasını doğru hesab etmirəm. Bəzi hallarda məhkəmələrimizə alverxana, kommersant deyirlər. "İqtisadi” sözü nə çətin şeydir ki, onun yerinə "Kommersiya” verilir?”.

Bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi deputat Tahir Kərimli deyib.

Deputat "Düşünürəm, ad məsələsinə yenidən baxmaq lazımdır”, - deyə əlavə edib/Report.



SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi