"Bu, heç bir gərginlik yaratmayacaq” - Deputatdan rüsumların qalxmasına maraqlı izahat

img

13-06-2019 [13:12]


"Ödənişli təhsil alan tələbənin bir illik ödənişi təxminən 3000-4000 manatdır. Özəl bağçaya gedən uşaqlar üçün isə aylıq 250-300 manat ödənir. Ona görə də yeni rüsumlar heç bir gərginlik yaratmayacaq”.

Bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli qeyd edib ki, təklif olunan rəqəmlər təhsil müəssisələri üçün üçün heç bir problem yaratmayacaq: "Azərbaycan reallığını əks etdirir və minimum xərclərdir”.

Milli Məclisin özəl təhsil müəssisələrinin akkreditasiyadan keçməsi üçün rüsumları nəzərdə tutan layihəni II oxunuşda qəbul edib.

"Dövlət rüsumu haqqında" qanuna əlavə edilən edilən 31-1 maddəsinə əsasən, akkreditasidan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 2 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 5 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 12 000 manat, ali təhsil müəssisələri 20 000 manat, əlavə təhsil müəssisələri 12 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 12 000 manat dövlət rüsumu ödəməlidir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR