Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin olundu

13-06-2019 [12:00]

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin olunub.

Bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Müvafiq əmrlə Əbdülsəməd Rəhbər oğlu Əzizli Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru təyin edilib.

Qeyd edək ki, Ə.Əzizli bundan əvvəl Bərdə Rayon Prokurorluğu, daha sonra Gəncə Şəhər Prokurorluğunun müstəntiqi və Gəncə şəhər prokurorunun köməkçisi vəzifələrində çalışıb.

Xatırladaq ki, Baş prokurorun bir müddət əvvəl imzaladığı əmrlə Kənan Zeynalov Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsindən azad edilərək xidmətin böyük prokuroru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur/Trend.



SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi