İran ABŞ-a dialoq şərtini açıqladı: "Əvvəlcə..."

img

13-06-2019 [11:43]


"Rəsmi Vaşinqton Tehrana qarşı neft sanksiyalarını ləğv etməlidir. Bu, ABŞ və İran arasında dialoqa yol açacaq".

Bunu İran Prezidenti Həsən Ruhani Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşdə deyib.

İran prezidentinin sözlərinə görə, sanksiyaların aradan qaldırılması çoxlu müsbət dəyişikliklər gətirəcək.

Eyni zamanda, H.Ruhani ABŞ-ın İrana qarşı sanksiyaları tezliklə aradan qaldıracağına şübhə ilə yanaşdığını söyləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR