Bakıdakı "Qrifonlu ev" kimi tanınan tarixi binanın söküləcək?

img

13-06-2019 [11:00]


"Bakıdakı "Qrifonlu ev" kimi tanınan tarixi binanın sökülməsi ilə bağlı yayılan xəbərlər şayiədir".

Bunu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

O bildirib ki, bina yerli əhəmiyyətli tarixi abidədir: "Abidənin təmir olunması üçün layihə Mədəniyyət Nazirliyinə təqdim olunub. Abiədədə təmir-bərpa işləri həyata keçiriləcək, onun sökülməsindən söhbət gedə bilməz”.

Qeyd edək ki, Facebook sosial şəbəkəsində binanın söküləcəyi iddia olunub.

Bina memar İ.V.Edelin layihəsi əsasında 1894–1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilib. Azərbaycan Demokratik Respublikasının mövcudluğu illərində burada Gürcüstanın diplomatik nümayəndəliyi yerləşib. Sovet illərində burada bir çox məşhur bakılılar yaşayıb.

Müstəqilliyin əldə edilməsindən sonra, bu binada bir müddət Gürcüstanın səfirliyi yerləşirdi, ancaq sonradan səfirlik başqa yerə köçürülüb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR