“Nə qədər ki, anasının xahiş etdiyi və xalası göyçək..." - Partiya sədrindən şok ittiham

12-06-2019 [16:52]
"Avro-2020"-nin seçmə mərhələsində Azərbaycan millisinin Slovakiyaya 1-5 hesabı ilə uduzması futbolsevərlər arasında ciddi narazılıqla qarşılanıb. 

Hətta "Bakcell Arena”ya toplaşan fanatlar rəqibin hər qolundan sonra "istefa" şuarı səsləndiriblər.

Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında bildirib ki, bizdə futbol oynamırlar, sadəcə tapşırıqla komandaya gələn adamlar bizimlə məzələnir:

"Nə qədər ki, Azərbaycan futbolunda anasının xahiş etdiyi və xalası göyçək futbolçuların hesabına komanda formalaşdıracaqlar, həmişə də belə olacaq. Azərbaycan futbolu kimlərinsə xahişi hesabına, qohumları və yaxınları tərəfindən təşkil olunub. Orda futbolçu yoxdur ki, tapşırıqla komandaya gələn 10-12 nəfər futbol oyanmır, sadəcə bizimlə məzələnir. Nə qədər ki, dostbazlıq, qohumazlıq olacaq, Azərbaycanda heç vaxt futbol olmayacaq. Futbolumuz bu günə kimi bu gündə olub və bundan sonra da belə olacaq.

 Ümumiyyətlə, federasiya rəhbərliyinin futboldan xəbəri yoxdur. Azərbaycanda nəinki futbolu, ümumilikdə bütün sahələri bərbad günə qoyublar. Ancaq bunun nəticəsini fikirləşmirlər. Bu cür adamlara Azərbaycan xalqının ab-havası, səsi çatmır. Hər biri kabinetlərində ikitərəfli qapı qoyublar, katibələri və mühafizə xidmətləri var. Buna görə də vəziyyət bu cürdür”.


SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi