Səfər Mehdiyev Elman Babayevlə yollarını ayırdı

12-06-2019 [16:34]
Əməkdar jurnalist Elman Babayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən azad edilib

O, işdən öz istəyi ilə çıxıb. 

Xatırladaq ki, ötən ayın əvvəlində E.Babayev Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin inspektoru vəzifəsinə gətirilmişdi. 

DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov xəbəri "Report"a təsdiqləyib.

Qeyd edək ki, Elman Babayev bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib. 


SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi