3 ölkənin müdafiə nazirləri protokol imzaladı - Qəbələdə + FOTO

12-06-2019 [15:26]
İyunun 12-də Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər. 

Tərəflər həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokol imzalanıb və kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib.


SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi