"Vicdanın bunu qaldırırsa, get, Binəli Yıldırıma səs ver" - Siyasilərin ailəsi ilə təhdidinə sərt etiraz

12-06-2019 [14:09]
CHP lideri AKP iqtidarının müxaliflərin övladlarına qarşı amansız davranmaqda ittiham edib.

Mia.az xəbər verir ki, partiyasının qrup toplantısında çıxış edən CHP lideri Kamal Kılıçdaroğlu Səadət Partiyasının İstanbul şəhər bələdiyə sədrliyinə namizədi Gokçinarın iki oğlunun atasının siyasi mövqeyinə görə vəzifələrində azad edilməsinə sərt etiraz edib.

O, AKP-yə, onun İstanbul bələdiyyəsinə namizədi Binəli Yıldırıma səs verən istanbullulara səslənib: 

"Buradan AKP-yə səs verənlərin vicdanlarına səslənirəm:  AKP-də deyil, Səadət Partiyasında olduğuna görə bir insanın iki cocuğunun işinə son verilməsinə necə baxırsız? Əgər sənin vicdanın bunu qaldırırsa, get Binəli Yıldırıma səs ver. Kişinin coluq-cocuğuyla uğraşılarmı? Haram yedisə, uğraş. Amma alın təri ilə çalışırlar. 

Ancaq "Atan niyə AKP-li deyil" deyib, işidən çıxarırlar. Bunu heç bir insan, vicdanı olan heç kim həzm etməz. Rəqibinə hörmətlə yanaşıb, ona dəyər verərsiniz. AKP isə rəqibini "ailəsi ilə necə yox edərəm" düşüncəsi dalına düşüb".

Mia.az



SON XƏBƏRLƏR