Flora Kərimova barədə maraqlı fakt ortaya çıxıb

12-06-2019 [12:59]
Xalq artisti Flora Kərimova barədə maraqlı fakt ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, efirlərə əsasən, dikdaban ayaqqabıda çıxan 77 yaşlı sənətçi müvazinətini və yerişini itirməmək üçün hər dəfə evdə məşq edir.

Belə ki, Kərimova bağ evində mütəmadi olaraq dikdaban ayaqqabı geyinir və həyətdə gəzir. Onun bu gəzintisi gün ərzində bəzən iki-üç saat vaxtını alır.

Qeyd edək ki, müğənni bundan yorulmur və yaxın ətrafına səhnə, tamaşaçılar üçün bu addımı atdığını deyir.


SON XƏBƏRLƏR