Pənah Hüseyndən Etibar Məmmədova mesaj: "Qaşınmayan yerdən qan çıxarma..."

img

12-06-2019 [12:35]


"Mən Azərbaycanın gələcəyi naminə keçmişimizdəki bəzi hadisələrin tarixçilərin öhdəsinə buraxılması üzərində düşünənlərdən, bunu dilinə gətirənlərdən və praktik siyasətdə bunu nümayiş etdirməyə çalışanlardanam".

Mia.az xəbər verir ki, bu sözləri sabiq baş nazir Pənah Hüseyn deyib.

O bildirib ki, son günlər 4 iyun hadisələri barədə heç də sadəcə jurnalist marağı ilə şərtlənmədiyi aydın görünən çoxsaylı suallara "bu barədə hər şeyi demişəm, yazmışam" cavabı ilə kifayətlənib:

"Lakin görünür, bəziləri milli- demokratik düşərgənin bu xoş məramlı yanaşmasından yanlış nəticələr çıxarıb "boşluğu" doldurmağa, qaşınmağa və ya qaşınmayan yerdən qan çıxarmağa girişiblər.

Son günlər ölkənin demokratikləşdirilməsi istiqamətində birgə proseslər başlatdığımız AMİP rəhbərliyindəki bəzi şəxsləri bu məsələlər üzərində düşünməyə dəvət edirəm".

Xatırladaq ki, Etibar Məmmədov dünən 4 iyun hadisələri haqda açıqlama verib. O, Heydər Əliyevi Bakıya Pənah Hüseyn, İsa Qəmbər və Əbülfəz Elçibəyin dəvət etdiyini deyib. Və Elçibəy iqtidarına eyhamlı tənqidlər səsləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR