Slovakiya millisinin baş məşqçisi: "Rəqibə imkan vermədik"

11-06-2019 [22:41]
"İlk dəqiqələrdən əla oynadıq. Qol buraxmağımıza baxmayaq, yaxşı şanslar qazandıq. Matçı 5 qolla tamamladıq. Hər şeydən razıyam".

Bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanı 5:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan zəif komanda deyil:

"Biz yaxşı çıxış etdik. Rəqibə imkan vermədik. İordaniya ilə yoxlama matçında da əsas oyunçular istirahət etmişdi. Onlar bundan yaxşı istifadə etdilər".

Məşqçi kapitan Marek Hamşikin çıxışını yüksək qiymətləndirib: "Ona görə çox sevinirəm. Yaxşı oyununa görə təbrik edirəm. Biz eyni gündə anadan olmuşuq".

Hapal Avropa çempionatına vəsiqə qazanacaqları təqdirdə yenidən Bakıya gəlmək istədiyini bildirib:

"Qazanılan 3 xalla yanaşı, vurulan və buraxılan qollar da önəmlidir. Bakı gözəl şəhərdir. Gözəl stadionunuzda yenidən oynamaq istərdik".


SON XƏBƏRLƏR