"Azərsu" ASC-nin tender şefi Almaniyada şirkət açıb - Madər Quliyev kimdir? + SƏNƏD

11-06-2019 [22:12]
"Azərsu Açıq Səhmdar Cəmiyyətinin Tenderlərin təşkili və idarə olunması departamentinin rəisi Madər Quliyev də Almaniyada şirkət açıb". 

Mia.az xəbər verir ki, bu sözləri jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, Madər Quliyev 2013-cü il oktyabrın 2-də Charlottenburg (Berlin) ədliyyəsində 25 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi şirkət (şəhadətnamə nömrəsi: HRB 153117 B) LoMa TECHNİCAL CONSULT INTERNATİONAL GmbH adlanır. Şirkət Berlinin Katteweg 26 ünvanında yerləşir və 2016-cı il aprelin 18-ə qədər LOTHAR ROHRBACH idarə edib:

""LoMa" Lothar və Madər adlarının abbreviaturasıdır.

Şirkət su mühəndis qurğularının texniki məsləhət xidmətlərinin həyata keçirilməsi ilə məşğuldur və Azərsu ASC-nin texniki qurğuların alınması ilə bağlı beynəlxalq səviyyəli sifarişləri bu şirkət üzərindən həyata keçirilir".

Jurnalist bildirib ki, Madər Quliyev Azərsu ASC-nin bütün tenderlərinə cavabdeh şəxsdir. 

Yeri gəlmişkən, Səhmdar Cəmiyyətin tenderlərində tələb olunan birinci şərt belədir:

"Maraqlanan iddiaçılar tender sənədlərinin tam dəstini (çap nüsxədə) yazılı formada ərizə təqdim etdikdən və hər lot üzrə geri qaytarılmayan 300 AZN (üç yüz Azərbaycan manatı) aşağıda göstərilən hesaba birbaşa köçürdükdən sonra qeyd olunan ünvandan əldə edə bilərlər".
Yəni şirkətlər 300 manat vəsaiti nəticədən asılı olmayaraq, Azərsu ASC-yə ödəyir. 
Ölkədə dövlət nəzarətində olan müəssisələtdə tenderin necə keçirildiyi, dövlət sifarişlərinin hansı qaydada hansı şirkətlərə verildiyi hər kəsə aydındır. Yəqin əlavə izahata ehtiyac qalmır".

Məsələ ilə bağlı Madər Quliyevin mövqeyini də dinləməyə hazırıq.




SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi