11-06-2019 [16:55]
""Bank Standard” QSC-nin ləğv edilməsinə başlanandan onun bir dənə də olsun əmlakı satılmayıb”.
Bunu Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov deyib.
Ə.Həsənovun sözlərinə görə, Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Bank Standard”a məxsus əmlakların saxlanılmasına rübdə 40 min manat, yəni ildə 160 min manat sərf edir.
"Ümumilikdə, Bankın ləğv prosesinə ildə 3 milyon manat xərclənir. Bəzən mənə deyirlər ki, "Bank Standard”ın əmlaklarının satılması üçün sədrlikdən çıxmağımı gözləyirlər”, - deyə o qeyd edib.
Ə.Həsənov ADIF-ə qarşı əlavə ittihamlar da səsləndirib: "Kreditorlar Komitəsi "Bank Standard”ın bu ilin I rübünün yekunu üzrə maliyyə hesabatını əldə etmək üçün Fonda müraciət edib. Fondun icraçı direktorunun müavini Vüqar Abdullayevin imzası ilə daxil olan məktubda bildirilir ki, hesabat məhkəməyə təsdiq üçün göndərilib və təsdiqləndikdən sonra Komitə onu məhkəmədən əldə edə bilər. Bankdakı əmanətçilərin pullarının qaytarılmamasına əsas maneə ADIF-dir. Mən sizi buna əmin edirəm və deyirəm ki, pullarınızı 2021-ci ildən tez ala bilməyəcəksiniz”.
Hüquqşünas bu məsələdə Maliyyə Bazarlarına Nəzarət Palatasını da ittiham edib: "Palata və ADIF bir-birinin işini ört-basdır edir”.
Ə.Həsənov Kreditorlar Komitəsi daxilində də problemlərin olduğunu və bu səbəbdən istefa vermək istədiyini də qeyd edib: "Bəzi kreditorlar mənimlə birgə prezidentə göndərilən imza atıb, amma digər tərəfdən müxalifət liderlərinə müraciət edirlər. Onlar da mənə zəng edib görüş istəyirlər. Təbii ki, mən belə görüşlərə getmirəm.
Üstəlik, son zamanlar görürəm ki, aramızda fikir ayrılığı yaranıb. Kimsə kimisə bəyənmir, Bu isə işimizə mane olur. Biz bir olmalıyıq. Aranıza nifaq salanlar Komitənin ləğv olunmasını istəyirlər”.
Report
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO