Mətbuat katibi vəzifəsindən getdi - Açıqlama

img

11-06-2019 [16:23]


"Bu gündən etibarən hər zaman sevərək və məsuliyyətimlə adını daşıdığım "Veysəloğlu” Şirkətlər Qrupundan ayrıldım". 

Mia.az xəbər verir ki, bu sözləri şirkətin mətbuat katibi İlham Məmmədzadə bildirib.

Onun sözlərinə görə, şaddır ki, ölkəmizdə minlərlə insanın çalışdığı və ailəsini dolandırdığı, özünün korporativ dəyərləri olan belə bir şirkət var: 

"Qida sektorunda, əsasən də idxal və dağıtım, istehsal və pərakəndə sahəsində daim inkişaf edərək ölkə iqtisadiyyatına töhfəsini verən, cəmiyyətin bütün sahələrində daim insanların yanında olmağa çalışan bir komandaya malik Veysəloğlu şirkətində çalışmaqdan məmnun oldum. 

Fəaliyyət dönəmində əsas məqsədim "Veysəloğlu”nun ictimaiyyətdə müsbət korporativ imicinin yaradılması, işgüzar nüfuzunun qorunması və daim cəmiyyətin bütün sahələrində şirkətin tanınması və sevilməsi olub. 

Şirkətdə fəaliyyətim dönəmində mənə dəstək olan, hər zaman köməklik göstərən media nümayəndələrinə, jurnalist dostlarıma, PR həmkarlarıma və sizlərə dərin təşəkkürümü bildirirəm. Sizinlə birlikdə bu yolu keçdik və uğurlara imza atdıq. 

Qeyd edim ki, "Veysəloğlu” Qrupun peşəkar PR komandası var və bu komandanın gələcək fəaliyyətində uğurlar arzu edirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR