Mahaçqalada tanker partladı - Ölən və yaralananlar var

img

11-06-2019 [10:14]


Mahaçqalada dəniz ticarəti limanında tankerdə baş verən partlayış nəticəsində 2 nəfər xəsarət alıb, 3 nəfər itkin düşüb.

"RİA Novosti” xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi yayıb.

Partlayışa səbəb kimi neft məhsullarının ötürülməsi zamanı yaranmış qaz qapanması göstərilir.

Partlayış nəticəsində xəsarət alan 5 nəfərdən 2-si xəstəxanaya yerləşdirilib, 3-nün axtarışları davam edir.

Hadisənin səbəbi araşdırılır/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR