Pərviz Şahbazov “Mərkəzi Azəri” platformasında olub - FOTO

img

10-06-2019 [18:12]


Energetika naziri Pərviz Şahbazov "Mərkəzi Azəri” platformasına baş çəkib.

Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, nazir BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov və digər nümayəndələrin iştirakı ilə platformanın ərazisinə baxış keçirib, platformanın fəaliyyəti ilə tanış olub.

Q.Counz "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun cari vəziyyəti, "Mərkəzi Azəri” platformasında aparılmış profilaktik təmir işləri, platformada qurulmuş müasir texniki, təhlükəsizlik sistemi və planlaşdırılan yeni tədbirlər barədə məlumat verib.

Səfər zamanı həmçinin "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsi olan "Azəri-Mərkəzi-Şərqi” layihəsi çərçivəsində görüləcək işlər diqqətə çatdırılıb.

Xatırladaq ki, "Mərkəzi Azəri” platforması "Azəri” yatağında quraşdırılmış üç platformadan biri olmaqla, "Azəri-Çıraq-Günəşli” layihəsinin 1-ci mərhələsində istismara verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR