İlham Əliyev Səudiyyə Ərəbistanı ilə sazişi təsdiq etdi

img

10-06-2019 [17:25]


Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Mia.az xəbər verir ki, saziş 2019-cu il aprelin 7-də Ər-Riyad şəhərində imzalanıb.

Prezident İlham Əliyev eyni zamanda "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Saziş Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Yalta şəhərində keçirilmiş 2007-ci il 25 may tarixli iclasında imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR