"Abdin Fərzəliyevin rayonu"nda yaşıllıq belə məhv edilir: "Kəsdiyi başa da, ağaca da..." + VİDEO

10-06-2019 [14:27]
Nərimanov rayonu Ağa Nemətulla küçəsi 32 ünvanında ağaclar kütləvi kəsilir.

Mia.az xəbər verir ki, bu barədə jurnalist İlkin Pirəli sosial şəbəkədə video paylaşıb.

"Abdin Fərzəliyevin rayonu" başlığı ilə paylaşılan videodan ağaclarınkim tərəfində və hansı məqsədlə kəsildiyi aydın olmasa da, şərh yazanlar rayon rəhbərliyini hədəfə götürüb.

Məsələn, jurnalistlərdən biri yazıb ki, "Abdin Fərzəliyevin arxasi möhkəmdir, ona görə kəsdiyi başa da, ağaca da kimsə hesab sormur".



SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi