Bəhramla Tahir müğənnini lağa qoydu: "Çıx bayıra, metro sənətkar üçün deyil" - VİDEO

02-06-2019 [17:39]
Xalq artisti Nazpəri Dostəliyevanın "Metro, avtobus sənət adamları üçün deyil" ifadəsi qalmaqala səbəb olub. 

Bir çox sənət adamı müğənninin fikirlərinə etirazını bildirib.

Bu dəfə Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov Dostəliyevanın sözlərini ələ salıblar.

Aktyorlar metroda video çəkərək sosial şəbəkədə paylaşıblar. Metrodan keçmək istəyən Bəhrama Tahir "Çıx bayıra, metro sənətkar üçün deyil. Avtobusa da minmə" sözlərini deyib. Bağırzadə isə "Sənətkar da varsan" cavabını verib.

Videoda Nazpərinin "Nə olar Allahım, ayırma bizi" mahnısı səsləndirilib. 

Axşam.az



SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi