250 MİN DOLLARA XİDMƏTİ MAŞIN ALAN REKTOR: ekspert sual qoydu, şərhçi kitab qazandı - Rəsmi reaksiya

27-05-2019 [13:52]
Universitet rektorlarından biri Təhsilin keyfiyyətinin yaxşılaşdırılması, Universitetin reytinqinin yüksəldilməsi, Universitetin Dünya Universitetləri sırasında tanınması üçün çox maraqlı bir addım atıb. 

Mia.az xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Etibar Əliyev sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, həmin rektor 250 min dollarlıq "Mercedes" alıb. 

Ekspert daha sonra izləyicilərinə sual edib ki, sizcə o, hansı rektordur: "Doğru cavab verənə kitab hədiyyə olunacaq".

Şərhçilərdən biri isə həmin rektorun Slavyan Universitetinin rektoru Nurlana Əliyeva olduğunu bildirib.


Etibar ƏLİYEV

Ekspert bunu təsdiq edərək, qalibin o, olduğunu deyərək, kitab mükafatı qazandığını yazıb.

Məsələ ilə bağlı universitetin mətbuat katibi İbrahim Quliyev mediaya açıqlamasında isə yayılan xəbərlərin yalan olduğunu deyib:

"Nurlana Əliyevanın özünə yeni maşın alması barədə yayılan informasiya yalandır. Həmin maşın 2012-ci ildə alınıb. 2012-ci ildə alınmış maşının bu gün mətbuata yeni kimi təqdim olunması heç bir tərbiyəyə sığmır”.

İbrahim Quliyev yayılan məlumatlara görə xanım rektorun təəssüf etdiyini də bildirib.

"Nurlana xanım haqqında yayılan informasiyalara təəssüf edib. Hətta maşının müddətinin bitməsinə belə az vaxt qalıb. İndi köhnə maşını Nurlana xanımın rektor olandan sonra alınması kimi təqdim etmək yanlış haldır. Yalan söhbətləri mətbuata çıxartmaq doğru deyil”.

Mia.az



SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi