Fransada Avropa seçkilərinin ilkin nəticələri elan edilib

27-05-2019 [00:45]

Fransada keçirilən Avropa seçkilərində Milli Birlik Partiyası (Rassemblement National) 24 faiz səs toplayaraq İrəli Respublika Partiyasından öndə qərarlaşıb.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, ilkin hesablamalara görə, üçüncü yerdə Ekologistlər Partiyası gəlir.

Fransada Avropa seçkilərində 2014-cü illə (42.43 faiz) müqayisədə seçicilərin iştirakında artım (51.3 faiz) olub.

Ümumilikdə, seçicilər 2686 namizəd arasından seçimlərini ediblər.

Fransa 79 avrodeputatla Almaniyadan (96) sonra ikinci yeri tutur.



SON XƏBƏRLƏR