Nəsimi rayonunda “Məndə sığar iki cahan...” müsabiqəsi: məktəblilər təltif olundu + FOTOLAR

img

26-05-2019 [21:42]


Nəsimi rayon İcra Hakimiyyəti 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birlikdə Zabitlər bağında Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Məndə sığar iki cahan...” devizi altında məktəblilər arasında incəsənət sahələri üzrə baxış-müsabiqənin yekun mərhələsini- mükafatlandırılmasını  təşkil edilib keçirib.

Mia.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Nəsimi yaradıcılığının bu gün gənc nəslin əxlaq tərbiyəsində böyük tərbiyəvi və maarifçi əhəmiyyət daşımaqla, Nəsiminin əsərlərində hər kəsə özünü tanımaq yollarını göstərmək, kamil insan yetişdirmək, insanlardakı bacarıqları üzə çıxarmaq və onlara istiqamət verməkdən ibarətdir.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirmişdir ki,  şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Daha sonra Ölkə Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Nəsimi ili” elan edilməsi şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsi olduğunu  vurğulamışdır. Gülarə Verdiyeva  bu müsabiqədə  bütün əməyi olanlara minnətdarlıq bildirərək uğur qazanmış  məktəbliləri təbrik etmişdir.

Daha sonra münsiflər heyətinin  rəyi ilə Təsviri sənət və Bədii qiraət üzrə  seçilmiş Nəsimi rayon məktəbliləri xüsusi diplomlarla təltif olunublar. 

Tədbir 1 nömrəli Uşaq Gənclər və İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları kompozisiya və rəqslərlə davam edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR