Oğullar birləşib biznesmen atalarının başını kəsdi – Bakıda dəhşətli qətl

img

26-05-2019 [12:19]


Bakının Müşfiqabad qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.

Müşfiqabad qəsəbə sakini Şamil Əhmədov ötən gecə yatdığı yerdə boğazı kəsilmiş vəziyyətdə tapılıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları Ş.Əhmədovun bıçaqla qətlə yetirildiyini müəyyənləşdiriblər. 

Məlumata görə, qatil bir zərbəni ürəyinə vurub, ikinci zərbəni isə boğaz nahiyəsinə endirib və mərhumun qırtlağını kəsib.

Hadisə gecə 3 radələrində baş verib. Ailə evə oğruların girdiyini, səs-küyə oyanan ailə başçısının da oğrular tərəfindən qətlə yetirildiyini bildirib. Ancaq hadisə yerini müayinə edən müstəntiq bu versiyaya inanmayıb.

Müstəntiq ilkin araşdırmadan və əl izlərini götürəndən, həmçinin ailənin ziddiyyətli açıqlamasından şübhələnib. Hüquq-mühafizə orqanı əməkdaşları hadisəni mərhumun oğlanlarının törətməsi ehtimalını təsdiqləyən şübhəli məqamların həddən artıq çox olması səbəbindən, qətlə yetirilən atanın oğlanlarını həbs ediblər.

Qəsəbədə gəzən şayiəyə görə, hadisəni mərhumun oğlanlarından birinin törətməsi istisna edilmir.

Mərhumun dəfnində də oğlanlarının iştirakına müstəntiq şərait yaratmayıb. Hazırda mərhumun yas mərasimini qohumlar və qonşular təşkil etməyə çalışır.

Qeyd edək ki, Ş.Əhmədov imkanlı adam sayılır və biznes fəaliyyəti ilə məşğul olub.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR