Deputatın bacısı oğlu işdən çıxarıldı - "Azəriqaz"da struktur və kadr dəyişikliyi oldu

25-05-2019 [23:53]
"Azəriqaz" İstehsalat Birliyində struktur və kadr dəyişikliyi baş verib.

Bu barədə Mia.az-a Neftçilərin Hüquqları Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, "Azəriqaz" İB-də Baş direktorun innovasiyaların tətbiqi üzrə müavini vəzifəsi ixtisara salınıb: "Bununla da həmin müavin postunda 10 ildən çoxdur işləyən Fikrət Sucayev də vəzifədən çıxarılıb".

Xatırladaq ki, Fikrət Sucayev YAP Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun bacısı oğludur.

Mia.az


SON XƏBƏRLƏR