Universitetlərə qəbulda keçid balları aşağı salınır? - DİM-dən reaksiya

img

24-05-2019 [14:49]


2019-cu ildə I-IV ixtisas qrupları üzrə keçirilən yaz qəbul imtahanları başa çatıb.

Abituriyent və valideynləri ən çox maraqlandıran suallardan biri bu il qəbul imtahanlarında formalaşacaq keçid balları ilə əlaqədardır.

Bəzi abituriyentlər sosial şəbəkələrdə imtahan suallarının çətinliyi səbəbindən keçid ballarının aşağı salınmasını tələb edirlər.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, keçid ballarını DİM müəyyən etmir:

"Keçid balı ixtisas seçimi nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır".

Digər xəbərlər
SON XƏBƏRLƏR