Britaniyanın Baş naziri istefaya gedəcəyini təsdiqlədi

img

24-05-2019 [14:08]


Böyük Britaniyanın baş naziri Tereza Mey iyunun 7-də Mühafizəkar Partiyasının lideri vəzifəsindən ayrılacağını bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, belə bir addım atmasını partiyadaşları və "Brexit" üzrə Avropa İttifaqı ilə yeni saziş təklifindən narazı qalan Nazirlər Kabineti üzvlərinin təzyiqi ilə əlaqələndrib.

Xatırladaq ki, Mey partiya liderliyindən istefa verərsə, o zaman qanuna görə Baş nazir vəzifəsindən də məcburi getməli olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR